KƏND TƏSƏRRÜFATI

Bu il Yevlaxda 25 ton barama tədarükü gözlənilir
14 MAY
133

Bu il Yevlaxda 25 ton barama tədarükü gözlənilir

2019-05-14 12:26:00

Ötən il Yevlax rayonunda 11 tona yaxın barama istehsal olunub. Yetişdirilən məhsulun bəhrəsini görən yevlaxlı kümçülər cari ildə daha çox məhsul istehsal etmək istəyirlər.

Fins.az xəbər verir ki, Qax Damazlıq İpəkçilik Stansiyasından 625 qutu (11 min 875 qram) ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən ailələrə paylanılıb. Cari mövsümdə 25 ton barama istehsalı proqnozlaşdırılır. Qeyd edək ki, bir neçə ildir Yevlaxda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpasına başlanılıb. İpəkqurdunun yem bazasının yaradılması məqsədilə 2016-cı ildə 95 min, 2017-ci ildə 53 min, 2018-ci ildə isə 35 min ədəd tut tingi əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271