KƏND TƏSƏRRÜFATI

Yer kürəsində əkin sahəsinə görə ikinci bitki
13 MAY
191

Yer kürəsində əkin sahəsinə görə ikinci bitki

2019-05-13 14:22:00

Düyü yer kürəsi əhalisinin beşdə ikisini qidalandırır.

Fins.az xəbər verir ki, Azərbaycan çəltik əkinçiliyinə görə üç zonaya bölünür:Lənkəran-Masallı,Şəki-Zaqatala və Quba-Xaçmaz zonası.Çəltiyin hər hektardan məhsuldarlığı 35-40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə 50-60 sentnerdir.Çəltiyin “Ağ-qılçıq”,“Sarı-qılçıq”,“Uzros”,“Ağ-ənbərbü”,“Sədri”,“Krosnadar” kimi növləri var. Çəltik əkilmək üçün düz relyefli sahə seçilməlidir. Həmin sahə mütləq dərin dondurma şumu edilməlidir. Dondurma şumu erkən yazda və səpinqabağı yenə şumlanmalıdır. İkinci şumdan sonra ləkləri hazırlamaq, onları hamarlamaq, tirləri düzəltmək və sahəni tam səpinə hazır vəziyyətə gətirmək lazımdır. Səpinqabağı toxum tam təmizlənməli, cücərmə faizi yoxlanmalıdır. Əllə səpin aparıldıqda səpinqabağı çəltik toxumları isladılır və cücərdilərək əllə səpilir.

Çəltik əkini üçün may ayının 5-25-i arası Lənkəran-Masallı zonasında, 10-25-i arası isə Şəki-Zaqatala zonasında ən yaxşı dövrdür. Çəltiyin səpin norması bir hektara 140-150 kq-dır. Yerli şəraitə görə bu norma 10-15 faiz azaldıla, ya da artırıla bilər. Çəltik isitisevər bitkidir. Səpinin qurtarması ilə məhsulun yetişməsi 115-135 gündür. Çəltik iki üsulla: toxum səpilməsi və şitillə əkilir. Səpin zamanı toxumlar 1,5-2 sm dərinliyinə basdırılmalıdır.Çəltiyin şitil üsul ilə yetişdirilməsi əsasən Lənkəran zonasında tətbiq edilir. Çəltik şitili xüsusi şitilliklərdə (tumçarlarda) yetişdirilir. Çəltiyin mum yetişkənliyi dövründə su tədricən kəsilir və tarlanın rütubət tutumu 70%-ə qədər qurudula bilər.Bu, məhsulun miqdarını azaltmır.Çəltik tarlalarında alaq otlarına qarşı daim mübarizə aparılmalıdır.Kollanmanın aparılması dövrü hər hektara 150-160 kq azot və 70-80 kq superfosfat gübrəsinin verilməsi məhsuldarlığı artırır. Yığımdan 12-15 gün qabaq zəmidən su kənar edilməlidir.Sünbüllər 80-90% saraldıqda biçin başlayır. Yaxşı quru havada biçin 2-3 gün sərili qalır, qurudulur. Sonra dərzlərə bağlanmalıdır və çəltiyin döyülməsi 6-7 gündən sonra başlanmalıdır. Çəltik dəni saxlanılan anbarlarda rütubət 13-14%-dən artıq olmamalıdır. “Aqrobiznes”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027