KƏND TƏSƏRRÜFATI

İmişlidə yun qırxımına başlanılıb
13 MAY
67

İmişlidə yun qırxımına başlanılıb

2019-05-13 13:17:00

İmişlidə qoyunçuluq əsas təsərrüfat sahəsi hesab olunur. Bu sahəyə böyük maraq olduğundan sürülərdə davarların baş sayı ilbəil artır. İndi yüzlərlə fermer qoyunçuluqla məşğul olur və yaxşı mənfəət götürür.

Rayon statsika idarəsindən Fins.az-a bildiriblər ki, hazırda rayonun qoyunçuluq təsərrüfatlarında 254 min 426 baş qoyun-keçi bəslənilir. Bu da ötən ildəkindən 100 baş çoxdur. Bir neçə gündür ki, rayonun qoyunçuluq təsərüfatlarında yun qırxımına başlanılıb. İndiyədək fermerlər 25 tondan çox yun tədarük ediblər. Hər qoyundan orta hesabla 2 kiloqram yun götürülür. Ötən il isə bu rəqəm 1,9 kiloqram olub. Rayonda ən yüksək nəticəyə fermer İsmi Atakişiyev və Daşqın Kazımov nail olub. Məhsul istehsalçıları saxladıqları qoyunların hər birindən 2,2 kiloqram yun götürüblər. Yun qırxımı davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264