KƏND TƏSƏRRÜFATI

Regionlarda yaşayan vətəndaşlara iş yerləri açılır
13 MAY
187

Regionlarda yaşayan vətəndaşlara iş yerləri açılır

2019-05-13 09:45:00

Aqrar Məşğulluğun Artırılması Layihəsi – AMAL çərçivəsində Şəkidə tütünçülərlə görüşümüz regionlarda yaşayan vətəndaşların kənd təsərrüfatına, aqrar sahəyə marağının artırılması, onların dayanıqlı gəlir və iş yerləri ilə təmin olunmasına kömək məqsədi daşıyır. Layihə çərçivəsində gənclərə, həmçinin tütünçülük sahəsində çalışan fermerlərə təlimlər keçiriləcək, bu sahəyə beynəlxalq mütəxəssislər cəlb olunacaq, fermerlərin kənd təsərrüfatı texnikaları, eyni zamanda, tütünqurutma kameraları ilə təminatı yaxşılaşdırılacaq.

Fins.az xəbər verir ki, bu sözləri Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev Şəkidə jurnalistlərə müsahibəsində deyib. Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Şəki Dayaq Məntəqəsinin yenidən qurulması layihəsi çərçivəsində görüləcək işlər barədə məlumat verən Agentliyin sədri deyib: “Fermerlərin keyfiyyətli toxumla təmin olunması kənd təsərrüfatının ən vacib məsələlərindən biridir. Hər il bu məntəqədə 100 tondan çox yüksək reproduksiyalı toxum istehsal olunur. Məntəqədə inşa ediləcək laboratoriya üçün ən müasir avadanlıq alınıb gətirilib. Tikinti işləri başa çatdıqdan sonra quraşdırılacaq. Fermerlərin keyfiyyətli toxumla təmin olunması şübhəsiz ki, ölkədə kənd təsərrüfatının məhsuldarlığının artmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək”. Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır