KƏND TƏSƏRRÜFATI

Dağlıq ərazidə yerləşən rayonların kümçülərinə ipəkqurdu paylanılıb
08 MAY
100

Dağlıq ərazidə yerləşən rayonların kümçülərinə ipəkqurdu paylanılıb

2019-05-08 14:13:00

Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş toxumlardan əldə olunan ipəkqurdlarının qalan hissəsi mayın 5-dən 8-dək bölgü əsasında dağlıq ərazidə yerləşən 13 rayonun kümçülərinə paylanılıb.

Fins.az-ın məlumatına görə, bu barədə stansiyanın direktoru Əkrəm Fətəliyev məlumat verib. Xatırladaq ki, bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 20 min qutu hibrid ipəkqurdu sənaye toxumunun 16 min 875 qutusu Qax Damazlıq İpəkçilik Stansiyasında, 3 min 125 qutu isə Zaqatala, Balakən və Ucar rayonlarında fəaliyyət göstərən kümçülər tərəfindən inkubasiyaya qoyulmuşdu. Stansiyada toxumların inkubasiyası nəticəsində əldə olunan ipəkqurdunun bir hissəsi ilkin olaraq, mayın 3-dən 5-dək Aran bölgəsinin 22 rayonunun kümçülərinə paylanılıb. Stansiyanın direktoru bildirib ki, dağlıq ərazidə yerləşən rayonların kümçülərinə, ümumilikdə, 4 min 750 qutu ipəkqurdu paylanılıb. Dağlıq rayonlar üzrə ən çox ipəkqurdu toxumu Şəki rayonunun kümçülərinə verilib. Rayonun barama istehsalçıları builki mövsümdə 1800 qutu ipəkqurdunun bəslənməsini həyata keçirirlər. Ümumiyyətlə, builki mövsümdə baramaçılıqla 38 rayonun kümçüləri məşğul olurlar. İstehsalçılardan yaş baramanın tədarükünə mayın axırı, iyunun əvvəllərində başlanılacaq. Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262