KƏND TƏSƏRRÜFATI

Ağdamda heyvandarlıq məhsullarının istehsalı artıb
17 APREL
134

Ağdamda heyvandarlıq məhsullarının istehsalı artıb

2019-04-17 09:56:00

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2019-cu ilin birinci rübündə də heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında nəzərəçarpacaq artım qeydə alınıb.

Rayon statistika idarəsindən Fins.az-a bildiriblər ki, 2019-cu il aprelin 1-i vəziyyətinə rayonda 41 min 569 baş qaramal, 104 min 164 baş qoyun və keçi olub. İribuynuzlu heyvanların sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,4 faiz, qoyun və keçilər 0,1 faiz artıb. 2019-cu ilin birinci rübündə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 1062,6 ton ət, 9037,7 ton süd, 3360 min ədəd yumurta istehsal edilib.

2018-ci ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 2 faiz, süd istehsalı 2,7 faiz, yumurta istehsalı 34,6 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının çoxalması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2019-cu ilin üç ayında 918 baş inək və düyə süni yolla mayalandırılıb, 514 baş cinsi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinslərindən olan buğaların toxumları istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264