KƏND TƏSƏRRÜFATI

2019-cu ildə təzə meyvə ixracı kəskin dərəcədə azalıb
16 APREL
115

2019-cu ildə təzə meyvə ixracı kəskin dərəcədə azalıb

2019-04-16 13:06:00

2019-cu ilin yanvar-fevral aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 27,2 faiz, təzə tərəvəz – 1,6 dəfə, tütün – 19,0 faiz, şəkər – 15,5 faiz, çay – 18,9 faiz, meyvə və tərəvəz konservləri – 16,8 faiz, bitki yağları – 4,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 8,5 faiz, pambıq lifi – 2,9 dəfə, emal olunmamış alüminium – 7,6 faiz, pambıq ipliyi – 9,3 faiz, bentonit gili – 30,6 faiz, qara metallardan yarımfabrikatlar – 2,4 dəfə artmış, meyvə və tərəvəz şirələri ixracı isə 19,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 35,5 faiz, kartof – 27,6 faiz, polietilen – 4,8 faiz, qara metallardan borular – 65,8 faiz azalıb.

Fins.az xəbər verir ki, 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2019-cu ilin yanvar-fevral aylarında buğda idxalı 16,1 faiz, xam şəkər və şəkər – 3,3 dəfə, bitki yağları – 13,9 faiz, siqaret – 24,4 faiz, kartof – 38,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 5,4 faiz, quş əti və onun əlavə məhsulları – 2,1 dəfə, mal əti – 8,9 faiz, minik avtomobilləri – 2,5 dəfə, polad prokatı – 1,3 faiz, mineral gübrələr – 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları – 49,1 faiz, qara metallardan çubuqlar – 0,9 faiz, mebellər – 35,3 faiz, polietilen – 23,8 faiz, yük avtomobilləri – 2,2 dəfə, qara metallardan künclüklər – 34,5 faiz, məişət kondisionerləri – 2,0 dəfə, avtobuslar – 3,4 dəfə artmış, təzə meyvə idxalı isə 6,4 faiz, çay – 19,6 faiz, təzə tərəvəz – 5,6 faiz, qara metallardan borular – 24,7 faiz, rezin şinlər – 14,1 faiz, paltaryuyan maşınlar – 21,7 faiz, sement və sement klinkerləri – 47,2 faiz, məişət soyuducuları – 26,4 faiz azalıb. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266