KƏND TƏSƏRRÜFATI

Bu il Zaqatalada 14 min hektarda yazlıq bitkilərin əkini planlaşdırılır
16 APREL
208

Bu il Zaqatalada 14 min hektarda yazlıq bitkilərin əkini planlaşdırılır

2019-04-16 09:27:00

Zaqatala rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini mütəşəkkil davam edir. Bu il rayonda 14 min hektar sahədə yazlıqların əkini nəzərdə tutulur. Məhsul istehsalçıları indiyədək 5,1 min hektarda yazlıq bitkilər əkiblər.

Fins.az-ın məlumatına görə, bu barədə rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib. Qurumdan bildiriblər ki, fermerlər bu günədək 1257 hektar sahədə kartof, 750 hektarda dənli və dənli paxlalı bitkilər, 945 hektarda tərəvəz, 110 hektar sahədə bostan bitkiləri əkib, 2035 hektar sahəyə yonca toxumu səpiblər. Cari ildə rayonda 4 min hektar sahədə qarğıdalı əkini nəzərdə tutulur.

Torpaq mülkiyyətçiləri indiyədək 710 hektarda dən üçün qarğıdalı əkiblər. Son illər rayonda soya əkininə də maraq artıb. Ötən il zaqatalalı fermerlər 100 hektardan çox sahədə soya yetişdiriblər. Cari ildə də soya bitkisinin əkin sahələrinin 100 hektardan çox olacağı proqnozlaşdırılır. İndiyədək təsərrüfatlarda 15 hektarda soya əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027