KƏND TƏSƏRRÜFATI

6-7 manata saxta “nehrə yağ”ları: Keyfiyyətini necə yoxlamaq olar - FİNS
15 APREL
307

6-7 manata saxta “nehrə yağ”ları: Keyfiyyətini necə yoxlamaq olar - FİNS

2019-04-15 16:18:00

Ev şəraitində nehrə yağının keyfiyyətini necə yoxlamaq olar.

Fins.az xəbər verir ki, bu barədə ekspertlər məlumat veriblər. Onların sözlərinə görə, bu gün əksər market və satış nöqtələrində tərkibi palma olan saxta “nehrə yağ”ları satılır. Ucuz qiymətə, 6-7 manat.

Ekspertlər qeyd edirlər ki, ilk növbədə qoxusuna diqqət edin: Nehrə yağıını əridən zaman qazandakı yağ buxar olub havaya sovrulursa və əvəzində ətrafa sərt qoxu yayılırsa şübhələnməlisiniz. Əsl nehrə yağı əridiləndə tünd sarı rəng almalı və xoş qoxu verməlidir.

İkincisi, təbii nehrə yağı əridilərkən bərabər şəkildə əriməlidir, saxta olanların səthində damcılar əmələ gəlir. Bu palma yağına və ya marqarinə aid xüsusiyyətdir.

Üçüncüsü, təbii kərə yağı soyuqdan isti mühitə düşdükdə sərtliyini itirmir, amma palma və marqarin tərkibli yağlar mətbəx havasında yumşalır hətta əriməyə başlayır. Keyfiyyətli qaymaqdan hazırlanan yağ möhkəm və əllə toxunduqda hamar olur. Kəsildikdə qatlara bölünmür və parlaq görünür.

Sonuncusu, təbii kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır. Çörəyin üzərinə qalın, vahid, bircinsli qat kimi çəkilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263