KƏND TƏSƏRRÜFATI

Babək rayonunda 682 hektarda yazlıq əkin aparılıb
12 APREL
117

Babək rayonunda 682 hektarda yazlıq əkin aparılıb

2019-04-12 14:27:00

Cari ilin bol məhsulunun əsasını qoymaq üçün Babək rayonunda şum qaldırılması, toxum səpini və əkilmiş sahələrin suvarılması işləri görülür.

Fins.az-ın məlumatına görə, Babək Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu günədək bölgədə 901 hektarda şum qaldırılıb, 682,5 hektar sahədə yazlıq əkin keçirilib. Bunun 288,9 hektarını yazlıq arpa təşkil edir. Torpaq mülkiyyətçiləri 18,3 hektarda tərəvəz əkiblər ki, bunun da 6,6 hektarı sarımsaq, 5,3 hektarı soğandır. 184,5 hektarda dən yonca, 14,9 hektarda noxud, 12 hektarda kartof, 21,2 hektarda günəbaxan əkilib. Rayonda hər il bostan bitkiləri üzrə məhsuldarlıq yüksək olur. Bu günədək rayonda 142,7 hektar sahədə bostan bitkiləri əkilib. Torpaq mülkiyyətçiləri əlverişli keçən hava şəraitindən istifadə edərək mövsümü uğurla başa çatdırmağa çalışırlar. Azertac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266