KƏND TƏSƏRRÜFATI

Balakənli fermerlərin bu ilki PLANI
11 APREL
107

Balakənli fermerlərin bu ilki PLANI

2019-04-11 10:01:00

Builki mövsümdə Balakən rayonunun təsərrüfatlarında 475 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 750 sadə istixana quraşdırılaraq toxum səpilib. İstixanalarda yetişdirilən tütün şitilləri aprelin 15-dən etibarən sahələrə köçürüləcək.

Fins.az-ın məlumatına görə, bu barədə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib. Qurum rəsmisi bildirib ki, bu il balakənli fermerlər 375 hektarda “Virciniya” və 8 hektarda “Berley” növlü ətirli, 92 hektarda isə yerli tütün sortları yetişdirəcəklər. Xatırladaq ki, ötənilki mövsümdə rayonun fermerləri 535 hektar sahədən 643 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 2 dəfədən çox və ya 325,6 ton artıb.

İstehsalın artmasına ötən il rayonun Hənifə kəndində yeni istifadəyə verilən 60 kameralı tütünqurutma məntəqəsinin tam gücü ilə işləməsi böyük təsir göstərib. Məntəqə ötən mövsümdə fermerlərdən 2823 ton yaşıl tütün kütləsi qəbul edib və emal prosesindən sonra burada 392 ton quru tütün istehsal olunub. Emal məntəqəsində 20 nəfər daimi, 75 nəfər isə mövsümi işlə təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265