KƏND TƏSƏRRÜFATI

Kənd təsərrüfatında yeni texnologiyalara böyük ümid var
11 APREL
153

Kənd təsərrüfatında yeni texnologiyalara böyük ümid var

2019-04-11 09:53:00

Bu il ilk dəfə olaraq Beyləqan rayonu Mil Təcrübə Stansiyasında pambığın innovativ texnologiya ilə becərilməsi həyata keçiriləcək.

Fins.az xəbər verir ki, pambıq ənənəvi üsuldan fərqli olaraq, tirəyə əkin üsulu ilə becəriləcək, damlama suvarma sistemi vasitəsilə suvarılacaq. Pambığın becərilməsində innovativ aqrotexniki tədbirlər həyata keçiriləcək. Məqsəd yeni texnologiyanı tətbiq etməklə pambığın məhsuldarlığını yüksəltməkdir. Yeni texnologiyanın tətbiq edildiyi nümunəvi tarlanın hər hektarından orta hesabla 50 sentnerdən yuxarı pambıq istehsal ediləcəyi gözlənilir.

Pambığın becərilməsində yeni texnologiyanın tətbiq ediləcəyi Beyləqan rayonu Mil Təcrübə Stansiyasında Kənd Təsərrüfatı Nazirliyinin, pambıqçılıq şirkətlərinin nümayəndələrinin və pambıqçılıqla məşğul olan fermerlərin iştirakı ilə tarla günü keçirilib. Pambıq əkiləcək 7 hektar sahə lazer mala ilə səpinə hazırlanıb. Məlumat verilib ki, ərazidə Türkiyədən gətirilmiş, həmçinin yerli pambıq sortları müasir texnologiyanın tətbiqi ilə becərilərək sınağı aparılacaq. Bölgə üçün müəyyənləşən məhsuldar pambıq sortları seçilərək toxumları emal ediləcək, qablaşdırılıb əkin üçün fermerlərə veriləcək. Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027