KƏND TƏSƏRRÜFATI

Şamaxıda kartof əkininə başlanıb
10 APREL
122

Şamaxıda kartof əkininə başlanıb

2019-04-10 09:57:00

Şamaxı rayonunun torpaq mülkiyyətçiləri ənənəvi sahə olan kartof əkininə start veriblər və hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, az vaxtda 50 hektarda əkin aparılıb.

Fins.az xəbər verir ki, cari mövsümdə 360 hektardan çox kartof əkini gözlənilir. Kartof əsasən rayonun şimal dağlıq ərazilərində, xüsusilə Qızmeydan, Çarhan, Ərçiman və bir sıra digər ərazi vahidlərində əkilir.

Qeyd edək ki, son illər bölgədə kartofçuluğa maraq artır. Keçən il 355,5 hektar sahədən 2390 ton məhsul istehsal edilib. Əkin sahəsi inişilkindən 86 hektar, istehsal isə 619 ton çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265