KƏND TƏSƏRRÜFATI

Nazir məhsulların bahalaşmasından DANIŞDI
08 APREL
124

Nazir məhsulların bahalaşmasından DANIŞDI

2019-04-08 10:02:00

Nazirlər Kabineti kartof, kələm ixarcına gömrük rüsumlarının dərəcələrini təsdiq edib, soğan ixracına rüsumu artırıb.

Fins.az-ın məlumatına görə, hökumətin saytında dərc olunan Nazirlər Kabinetinin qərarına əsasən, 2019-ci ilaprelin 30-dək ölkədən 1 kqtəzə və ya soyudulmuş kartofunixracına görə1 ABŞ dolları təşkil edəcək. Bundan əlavə, mayın 31-dək ağbaş, qırmızıbaşkələm və digərlərinin ixracına 2 ABŞ dolları gömruk rusumu tətbiq edilir. Qərara əsasən, ölkədən 1 kq şalot soğanın ixrac rüsumu 1 kq üçün $0,6-dan 2 ABŞ dollarına qədər artırılır. Öncə iqtisadiyyat naziri Şahin Mustafayevə istinadən xəbər verilib ki, müvəqqəti gömrük rüsumunun tətbiqi bu kənd təsərrüfatı məhsullarının qiymətinin aşağı salınması məqsədi güdür. "Son vaxtlar soğanın, eləcə də kartof və kələmin qiymətində bahalaşma müşahidə olunur. Biz bunun səbəblərini öyrənirik və deyə bilərik ki, bu, süni qiymət artımı deyil. Biz bu malların qiymətlərini aşağı salmaq üçün iki ay müddətinə ixrac rüsumu tətbiq etməyi planlaşdırırıq", - nazir cümə günü jurnalistlərə bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266