KƏND TƏSƏRRÜFATI

Neftçalada ötən ildəkindən 3,5 faiz çox süd istehsal olunub
05 APREL
71

Neftçalada ötən ildəkindən 3,5 faiz çox süd istehsal olunub

2019-04-05 14:40:00

Neftçalada kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir.

Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi önəm verilir.

Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır.

Rayon statistika idarəsindən Fins.az-a bildiriblər ki, hazırda ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarda 43 min 570 baş iribuynuzlu mal-qara və 144 min 869 baş qoyun-keçi saxlanılır. Qoyun və keçilərin baş sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 min 42 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artması süd istehsalına da güclü təkan verib. Belə ki, cari ilin 3 ayında rayonda 5 min 281,3 ton süd istehsal olunub. Bu isə ötən ildəkindən 178,5 ton və ya 3,5 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266