KƏND TƏSƏRRÜFATI

AQTA mütəxəssisləri Salyanda sahibkarlarla görüşüb
03 APREL
126

AQTA mütəxəssisləri Salyanda sahibkarlarla görüşüb

2019-04-03 15:00:00

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir.

Növbəti belə tədbir Salyanda keçirilib. Tədbirdə 100-dək sahibkar iştirak edib. Onlara Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən qida sahəsində çalışan subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması qaydaları haqqında məlumat verilib. Bildirilib ki, qeydiyyatdan keçən sahibkarlıq subyektləri Qida Təhlükəsizliyi Agentliyi tərəfindən daim nəzarətdə saxlanılır və onlarla sıx əməkdaşlıq edilir.

Eyni zamanda müasir kəsim məntəqələrinin yaradılması, bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara Agentlik tərəfindən dəstək göstəriləcəyi iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə Qida Təhlükəsizliyi İnstitutunun göstərdiyi xidmətlər barədə də sahibkarlara geniş məlumat verilib. Görüşdə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və o qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264