KƏND TƏSƏRRÜFATI

Lənkəranlı bağban bir ağacda 7 növ sitrus meyvəsi calaq edir
03 APREL
206

Lənkəranlı bağban bir ağacda 7 növ sitrus meyvəsi calaq edir

2019-04-03 11:50:00

Lənkəran rayonunun Hirkan qəsəbə sakini, 40 ildir bağçılıqla məşğul olan Arif Kərimov bir ilkə imza atıb. O, təsərrüfatında bir ağacda 7 növ sitrus meyvəsini calaq edərək yetişdirir.

Fins.az xəbər verir ki, bir çox təsərrüfatçılardan fərqli olaraq o, calağı cır limonla yox, iri meyvələri olan sitrus ağacları ilə edir. Bağban təsərrüfatında əvvəllər bir neçə meyvə ağacını calaq edirdisə, indi 7 növ sitrus meyvəsini bir ağacda calaq etməyə nail olub. Arif Kərimov calaq edərkən panderoza ağacına (limon sortu) üstünlük verir: “Panderoza ağacına “sultan” da deyirlər. Güclü və sağlam ağacdır. Yeddi müxtəlif növ meyvəni eyni vaxtda qidalandıra bilir. Calaq etdikdən bir il sonra isə bar verir.”

Ağac calamağın öz incəlikləri olduğunu deyən Arif Kərimov portağal, naringi, kinkan kimi sitrus meyvələrini çiling vasitəsi ilə artırır. O, göz calağı, yarma calaq, keçirtmə calaq, qabıq calağı kimi üsullardan istifadə edir. Təsərrüfatçı dekorativ ağacların calağı ilə də məşğul olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269