KƏND TƏSƏRRÜFATI

Balakən və Gəncə məktəbliləri ilə “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib
14 MART
96

Balakən və Gəncə məktəbliləri ilə “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib

2019-03-14 16:30:00

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumtəhsil məktəblərində maarifləndirmə tədbirlərini davam etdirir.

Fins.az xəbər verir ki, növbəti görüşlər Balakən şəhəri Nizami adına 1 saylı orta məktəb, Balakən şəhəri Nəsimi adına 2 saylı tam orta məktəb, Gəncə şəhəri M.C. Paşayev adına 39 saylı tam orta məktəbin şagirdləri ilə keçirilib.

Tədbirdə şagirdlərə layihə haqqında geniş məlumat verilib, onlara “Qida zəncirinin mərhələləri”, “Şəkərin ziyanları” mövzusunda videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin mütəxəssisləri tərəfindən məktəblilərə məktəbli çantasının hazırlanması qaydaları, qida təhlükəsizliyinə dair ilkin vərdişlər, enerji içkilərinin insan orqanizminə zərərləri, qida məhsullarının risk dərəcəsinə görə qruplaşdırılması barədə ətraflı məlumat verilib. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici materiallar paylanılıb, “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə qatılmaları tövsiyə olunub. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirlməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264