KƏND TƏSƏRRÜFATI

"İndeksli sığorta getdikçə daha çox əhəmiyyət qazanmaqdadır" - Orxan Qurbanov
15 MART
422

"İndeksli sığorta getdikçə daha çox əhəmiyyət qazanmaqdadır" - Orxan Qurbanov

2019-03-15 12:00:00

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” də nəzərdə tutulan “Aqrar sığortanın inkişaf etdirilməsi” prioritetinin reallaşdırılması məqsədi ilə “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilir.

Fins.az xəbər veirr ki, konfransın ən maraqlı məqamlarından biri "Atəşgah Sığorta" şirkətinin nümayəndəsi Orxan Qurbanovun çıxışı olub.

"Son dövrlərdə dünyada kənd təsərrüfatı sahəsində ənənəvi sığorta növündən başqa digər bir qeyri ənənəvi sığorta kimi tanınan parametrli sığorta və ya indeksli sığorta getdikçə daha çox əhəmiyyət qazanmaqdadır”.

Onun sözlərinə görə, indeksli sığorta elə bir sığorta modelidir ki, burada əkin sahələrinə ziyan dəydikdə sığorta ödənişi bəzi indekslərin razılaşdırılmış həddi-müəyyən bir parametr göstəricisi aşdıqda həyata keçirilir.

"Belə bir parametr göstəricisi müəyyən bir dövr üçün yağıntının miqdarı və ya temperatur həddi ola bilər. Ənənəvi kənd təsərrüfatı sığorta modelindən fərqli olaraq indeksli sığorta üzrə administrativ xərclər nisbətən az olur. Bu cür modelin Azərbaycandada tətbiqi məqsədə uyğun olardı. Artıq 15 inkişaf etməkdə olan ölkələr fərdi və 20-yə yaxın institusional səviyyədə indeks sığortası proqramlarını təqdim etmişlər və bu təcrübədən kifayət qədər yeni biliklər eldə etmək olar" - deyə  Orxan Qurbanov bildirib. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267