KƏND TƏSƏRRÜFATI

Şəmkir pomidorunun 70 faizindən çoxu Rusiyaya ixrac olunub
13 MART
171

Şəmkir pomidorunun 70 faizindən çoxu Rusiyaya ixrac olunub

2019-03-13 11:14:00

Respublikamızda fəaliyyət göstərən istixanaların əksər hissəsi Şəmkir rayonunda yerləşir. Ötən il Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında yaradılmış komissiya tərəfindən bütün istixanaların pasportlaşdırılması aparılıb.

Hazırda rayonda 1022 hektar sahədə istixana fəaliyyət göstərir.

2018-ci ildə 72,31 hektar sahədə yeni istixana tikilərək istifadəyə verilib.

Mövcud istixanalarda 116943 ton pomidor, 23215 ton xiyar və digər tərəvəzlər yetişdirilib.

İstixanalarda yetişdirilmiş pomidorun 70 faizindən çoxu Rusiya bazarlarına ixrac olunub.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267