KƏND TƏSƏRRÜFATI

Biləsuvarda əhaliyə güzəştli şərtlərlə azot gübrəsi satılıb
13 MART
137

Biləsuvarda əhaliyə güzəştli şərtlərlə azot gübrəsi satılıb

2019-03-13 09:39:00

Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC Biləsuvar rayonunun Ağayrı kəndində azot gübrəsinin güzəştli şərtlərlə satışını həyata keçirib.

Bu barədə Fins.az-a Nazirlikdən bildirilib.

Məlumata görə, satışdan bütün ətraf kəndlər yararlanıb. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrə əldə ediblər. Ümumilikdə, 16 kənd üzrə 94 vətəndaş müraciət edib, onlardan 57-nə 40,1 ton ammonium nitrat gübrəsi satılıb. 

Xatırladaq ki, sabah Saatlı rayonunun Çolpı kəndində mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267