KƏND TƏSƏRRÜFATI

Zərərverici həşəratlar meyvə ağaclarına ziyan vurur
12 MART
85

Zərərverici həşəratlar meyvə ağaclarına ziyan vurur

2019-03-12 09:52:00

Cəlilabad rayonunda həyətyanı sahələrdə yayılmış zərərvericilər meyvə ağaclarını yararsız hala salaraq qurudur. Maraqlısı budur ki, zərərvericilərə daha çox calaq olunmuş ağaclarda rast gəlinir.

Fins.az xəbər verir ki, kütləvi quruma daha çox alça, gilas, şaftalı və ərik ağaclarında qeydə alınır. Cəlilabad rayonunun əksər kəndlərində bu səbəbdən yararsız hala düşən onlarla calaq ağaca rast gəlmək olar. Zərərvericilər daha çox badam kökü üzərində calaq olunmuş ağac kötüklərində inkişaf edərək çoxalır. Bağ sahiblərinin sözlərinə görə, soxulcan şəklində olan zərərvericilər bir müddət sonra böcək halına çevrilib uçur. Onlara qarşı dəfələrlə qabaqlayıcı tədbir aparılsa da, faydası olmayıb. Rayon Bitki Mühafizə İdarəsinin rəisi Əziz Hüseynov bildirib ki, may böcəyi adlanan zərərverici ağaclara düzgün aqrotexniki qulluq aparılmadıqda yayılır. Bu kimi hallarla qarşılaşan bağ sahibləri Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət edərək qabaqlayıcı tədbirlər üçün mütəxəssislərdən məsləhətlər ala bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264