KƏND TƏSƏRRÜFATI

AzTV-yə yeni mətbuat katibi TƏYİN OLUNDU
12 MART
137

AzTV-yə yeni mətbuat katibi TƏYİN OLUNDU

2019-03-12 09:23:00

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsini icra edən Rövşən Məmmədov tərəfindən qurumun Mətbuat xidmətinin rəhbəri vəzifəsi tanınmış jurnalist Mübariz Aslanova həvalə olunub.

Fins.az-ın xəbərinə görə, M.Aslanov bu gündən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, M.Aslanov əvvəllər "Azadinform", APA və "Report" informasiya agentliklərində fəaliyyət göstərib.

Mübariz Zakir oğlu Aslanov 1982-ci il martın 10-da Beyləqan rayonunun İkinci Aşıqlı kəndində anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində oxuyub, magistr dərəcəsi alıb.

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televiziyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb. R.Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra QSC-də köklü islahatlara başlanılıb. Maliyyə sistemi şəffaflaşdırılıb, irihəcmli kadr islahatı həyata keçirilib, televiziyanın efir proqramlarında köklü yeniliklərə start verilib. Bundan başqa, televiziya filmləri və tamaşalarının illik planı da artıq təsdiqlənib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264