KƏND TƏSƏRRÜFATI

Kənd sakinləri səyyar satışdan yararlanıblar
11 MART
63

Kənd sakinləri səyyar satışdan yararlanıblar

2019-03-11 10:07:00

Fevral ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Şəki, Oğuz, Göyçay, Sabirabad rayonlarından sonra növbəti səyyar satış İsmayıllının Qubaxəlilli kəndində keçirilib.

Fins.az xəbər verir ki, bu kəndə yaxın bütün ətraf yaşayış məntəqələrinin sakinləri səyyar satışdan yararlanıblar.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin etməkdir. Sakinlər səyyar satış zamanı tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yaralanaraq mineral gübrə əldə edirlər.

İsmayıllı rayonunda keçirilən səyyar satışda Qubaxəlilli və ətraf kənd sakinlərinə 45,35 ton ammonium nitrat gübrəsi satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264