KƏND TƏSƏRRÜFATI

Bu rayonda gübrə satışında fermerlərə güzəşt edilib
07 MART
228

Bu rayonda gübrə satışında fermerlərə güzəşt edilib

2019-03-07 12:18:00

Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır. Şəki, Oğuz, Göyçay rayonun ardınca növbəti səyyar satış mart ayının 5-də Sabirabad rayonun Qəzli kəndində baş tutub.

Bu rayona ən yaxın kəndlər olan Qəzli, Qruzma, Qaraqaşlı, Kovlar, Yenikənd və digər  ətraf kəndlərinin sakinləri səyyar satışdan yararlana bilib.

Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə ediblər.

Sabirabad rayonunda keçirilən səyyar satış zamanı Qəzli və ətraf 6 kənddən 70 vətəndaş müraciət edərək 46,4 ton ammonium nitrat gübrəsi alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262