KƏND TƏSƏRRÜFATI

Azərbaycanda qida təhlükəsizliyi üzrə yeni Dövlət Proqramı hazırlanıb
14 FEVRAL
203

Azərbaycanda qida təhlükəsizliyi üzrə yeni Dövlət Proqramı hazırlanıb

2019-02-14 11:33:00

Azərbaycada 2019-2025-ci illərdə qida təhlükəsizliyinin təmin edilməsi üzrə Dövlət Proqramı hazırlanıb.

Fins.az Trend-ə istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin ictimai müzakirəsində deyib.

Q.Təhməzli bildirib ki, sənəd baxılması üçün hökumətə təqdim olunub.

Agentliyin sədri qeyd edib ki, Dövlət Proqramının hazırlanmasında müxtəlif qurumlar, o cümlədən ictimai təşkilatlar iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır