KƏND TƏSƏRRÜFATI

Azərbaycan Rusiyaya 21 ton fındıq ixrac edəcək
14 FEVRAL
71

Azərbaycan Rusiyaya 21 ton fındıq ixrac edəcək

2019-02-14 10:04:00

Xəbər verildiyi kimi, Azərbaycan məhsulları Moskvada keçirilən “Prodexpo 2019” beynəlxalq ərzaq sərgisində nümayiş olunur.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq sərgidə iştirak edən Azərbaycan şirkətləri ilə xarici tərəfdaşları arasında aparılan müzakirələrin nəticəsi olaraq Azərbaycan məhsullarının ixracına dair bir sıra razılıqlar əldə olunub.

Belə ki, Azərbaycanın “Azhazelnut” şirkəti 21 ton fındığın, “A+Co” şirkəti isə 20 ton şərabın Rusiyaya ixracına dair müqavilələr imzalayıblar. “Cəlilabad Şərab-2” şirkəti isə iki Rusiya şirkəti arasında 100 min şüşə şərabın ixracına dair razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255