KƏND TƏSƏRRÜFATI

Süni şəkildə qiymətləri artıranlar CƏRİMƏLƏNDİ
11 FEVRAL
590

Süni şəkildə qiymətləri artıranlar CƏRİMƏLƏNDİ

2019-02-11 18:36:00

Türkiyənin ticarət naziri Ruhsar Pekcan, həyata keçirilən əməliyyatlarda meyvə-tərəvəzin alış və satış qiymətləri arasında 800%-ə çatan fərq (qiymət artımları) müəyyən etdiklərini açıqlayıb. 

Nazir bildirib ki, ilkin məlumatlara görə, yüksək qiymət tətbiq edən 88 şirkət 2 milyon lirə cərimələnib. 

Qeyd edək ki, son vaxtlar Türkiyədə meyvə və tərəvəzin qiymətləri kəskin yüksəlib. Qiymətlərin aşağı salınması üçün Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə bələdiyyələr tərəfindən yarmarkalar təşkil olunacaqdır. 

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266