KƏND TƏSƏRRÜFATI

Rusiya bazarlarında icarə QİYMƏTLƏRİ - FİNS
06 FEVRAL
448

Rusiya bazarlarında icarə QİYMƏTLƏRİ - FİNS

2019-02-06 16:30:00

Rusiyada bazarların aktivliyi gün-gündən artır.

Fins.az xəbər verir ki, artıq müasir bazarların səviyyəsi böyük marketlərin hətta restoranların belə biznesini üstələyir. Son 5 ildə Moskvada köhnə bazarlar yenidən qurulub. Bazarlarda xarici vətəndaşların kafeləri açılır.

Bazara gələn müştəri həm bazarlıq edir, həm də digər ölkələrin mətbəx mədəniyyəti ilə tanış olur. Qiymətlər isə restoranlardan fərqli olaraq ucuzdur. Hətta həmin kafelərin kuryer xidməti də var. Moskvada ən populyar bazar isə Danilovski, Usaçevski və Mərkəzi bazar hesab olunur.

Bazarlarda icarə qiyməti:

Bazarda kafenin 1 kvadrat metri ay ərzində 15 min rubldur (390 manat) Bazarda alış-veriş yerinin gün ərzində kvadrat metri isə (bazarın yerindən asılı olaraq) 1,5-2,5 min rubldur (39 – 64 manat).

Müəllif: Tuncay Türbəndəzadə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262