KƏND TƏSƏRRÜFATI

Kənd təsərrüfatında yeni QAYDALAR
06 FEVRAL
177

Kənd təsərrüfatında yeni QAYDALAR

2019-02-06 13:34:00

 Fevralın 15-dən Azərbaycanda kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılacaq.

Bu barədə  Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, artıq fermerlər müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq” ASC-dən deyil, bütün təchizatçı şirkətlərdən ala biləcəklər. Texnikanın gömrük dəyərinin 20%-ni ilkin ödəniş olaraq fermer, 40%-ni isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək. Qiymətin qalan hissəsi bankda maksimum 5il müddətinə kredit şəklində rəsmiləşdiriləcək. Kredit faizlərini fermer deyil, dövlət ödəyəcək. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259