KƏND TƏSƏRRÜFATI

Nazirlik meşələrdə meyvələrin icazəsiz yığımına görə cərimə tətbiqinə aydınlıq gətirib
06 FEVRAL
264

Nazirlik meşələrdə meyvələrin icazəsiz yığımına görə cərimə tətbiqinə aydınlıq gətirib

2019-02-06 09:49:00

Meşələrdə yabanı meyvələrin icazəsiz yığılmasına görə ziyanın və cərimənin tətbiqi əvvəllər də mövcud idi. Nazirlər Kabinetinin 2004-cü il tarixli 145 nömrəli qərarına görə, cərimələr müəyyən edilmişdi. Sadəcə, həmin qərara dəyişiklik olunub və cərimələrin məbləği artırılıb".

Fins.az-ın məlumatına görə, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktor müavini Ağaqardaş Qaraşov bildirib. 

Onun sözlərinə görə, son 14 il ərzində cərmələrin məbləği çox aşağı olub: "Cərimələrə edilən dəyişiklik meşələrin qorunub mühafizə olunmasına və təqsirkar şəxslərin maddi məsuliyyətinin artırılmasına, meşə fonduna vurduqları faktiki ziyana uyğunlaşdırılmasına xidmət edir. Meşə ehtiyatlarının mühafizəsi sahəsində səmərəli mexanizmin tətbiq olunması, meşələrə olan müdaxilələrin qarşısının alınması üçün bu qərar mühüm əhəmiyyət kəsb edir". 

"Qərara edilən yeni dəyişikliklərə əsasən,  meşə ərazilərində icazəsiz yığılan meşə sərvətlərinin hər kiloqramı üçün cərimə məbləği 3 dəfəyədək artırılıb. Məsələn, itburnu, şabalıd, fındıq və dərman bitkilərinin icazəsiz yığılması üçün əvvəl cərimə 80 qəpik idisə, indi 2 manatdır. Çaytikanı, qoz üçün tətbiq edilən cərimə əvvəl 1 manat 20 qəpik idisə, indi 3 manatdır. Ümumiyyətlə, meşə ehtiyatlarının bütün parametrləri üzrə cərimələr artırılıb. Belə ki, mal-qara otarılması, ot çalınması, ağacların və kolların zədələnməsi və s.", - deyə o qeyd edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır