KƏND TƏSƏRRÜFATI

Mənşəyi məlum olmayan külli miqdarda pendir aşkarlandı
05 FEVRAL
354

Mənşəyi məlum olmayan külli miqdarda pendir aşkarlandı

2019-02-05 12:44:00

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıtda 600 kiloqrama yaxın pendir məhv ediblər.

AQTA-dan bildirilib ki, Sumqayıtda satış məntəqələrində 600 kiloqrama yaxın mənşəyi məlum olmayan pendir aşkarlanıb:

“Monitorinq zamanı məlum olub ki, üzərində istehsal tarixi, istehsalçısı qeyd olunmayan məhsul İsmayıllı, Bərdə və Dərbənd pendiri adı altında satılıb. Pendirlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aparılan təhlillər nəticəsində məlum olub ki, həmin pendirlərdə insan orqanizmi üçün zərərli bakteriyalar var”.

Məhv edilən pendirlərin ticarət şəbəkələrinə kim tərəfindən satıldığı araşdırılıb. Məlum olub ki, fiziki şəxs tərəfindən anbarlarda hazırlanıb, satılırmış.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262