KƏND TƏSƏRRÜFATI

Cəlilabadda yazlıq kartof əkininə başlanılıb
10 YANVAR
226

Cəlilabadda yazlıq kartof əkininə başlanılıb

2019-01-10 17:24:00

Bir neçə gündür Cəlilabad rayonunda yazlıq kartof əkininə başlanılıb.

Fins.az xəbər verir ki, rayonda kartofçuluqla məşğul olan fermerlər və məhsul istehsalçıları əkin zamanı daha çox xaricdən gətirilmiş kartof növlərinə üstünlük verirlər.

Hazırda sahələrdə Rusiyadan gətirilmiş “Razara” kartof növü əkilir. Bu kartof növü tez yetişməsi ilə yanaşı, yüksək məhsuldarlığı ilə də seçilir.

Kartof sahələrindən yüksək məhsul götürmək üçün əkindən əvvəl torpağa mineral gübrələrin verilməsi, aqrotexniki qaydalara düzgün riayət olunması mühüm amillərdəndir.

Yazlıq kartofun qış aylarında şaxtanın təsirindən qorunması məqsədilə toxumlar 10-15 santimetr dərinlikdə basdırılır. Əks halda şaxta məhsuldarlığa ciddi təsir edə bilər.

May ayında yığımına başlanılacaq kartof məhsulu yerli bazarlarla yanaşı, Rusiya bazarlarına da çıxarılacaq.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265