KƏND TƏSƏRRÜFATI

Əziyyətlə qazanılan pulu heç edən HƏŞƏRATLAR
10 YANVAR
157

Əziyyətlə qazanılan pulu heç edən HƏŞƏRATLAR

2019-01-10 11:32:00

“Əkin sahələrində zərərvericilərə qarşı hər hansı mübarizə tədbirinin həyata keçirilməsi üçün ilk növbədə sahədə hansı zərərvericinin və nə dərəcədə yayılmasının (sirayətlənmə arealının) müəyyənləşdirilməsi tələb olunur” bunu Kənd Təsərrüfatı Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Fins.az-ın “Əkin sahələri zərərvericilərdən necə mühafizə olunur?” sorğusuna cavab olaraq deyib.

V.Hüseynovun sözlərinə görə, bunun üçün ilkin olaraq qəbul olunmuş metodikalara uyğun müşahidələr aparılır və sahədə yayılmış zərərvericinin növü və sirayətlənmə dərəcəsi (vahid sahədə zərəvericinin sıxlığı) müəyyən edilir.  

“Zərərvericinin növü və sahənin zərərverici ilə sirayətlənmə dərəcəsi nəzərə alınmaqla bitki mühafizəsi üzrə mütəxəssis tərəfindən aparılacaq mübarizənin forması və üsulu (aqrotexniki, fiziki və mexaniki, bioloji, biotexniki, inteqrir və kimyəvi) dəqiqləşdirilir. Yalnız əkin sahələrində bitkilərin ziyanverici, хəstəlik və alaq otları ilə sirayətlənmə dərəcəsi iqtisadi ziyanlı həddi keçdiyi halda kimyəvi mübarizənin aparılması haqqında qərar verilir”. “Kimyəvi mübarizə tədbirləri bu sahədə təcrübəsi olan, yaxud xüsusi təlim keçmiş şəxslər tərəfindən hər bir kimyəvi preparat üçün nəzərdə tutulmuş təlimata uyğun həyata keçirilməli və məcburi fərdi mühafizə vasitələrindən istifadə edilməlidir. Torpaq mülkiyyətçiləri, fermerlər kimyəvi mübarizə tədbirləri həyata keçirərkən ərazi üzrə bitki mühafizəsi mərkəzinin mütəxəssislərinə müraciət etməli və onların təlimatı əsasında mübarizə işlərini aparmalıdırlar”. deyə V. Hüseynov məlumat verib.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256