KƏND TƏSƏRRÜFATI

Daha bir mənşəyi məlum olmayan ət satışı AŞKAR OLUNDU
10 YANVAR
174

Daha bir mənşəyi məlum olmayan ət satışı AŞKAR OLUNDU

2019-01-10 11:05:00

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir

Daxili İşlər Nazirliyindən Fins.az-a verilən məlumata görə, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, növbəti belə tədbir yanvarın 9-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Zaqatala şəhəri ərazisində keçirilib.

Şəhər ərazisində yaşayan Knyaz Hüseynovun evinin həyətinə baxış zamanı oradan 84 kiloqram çəkidə mənşəyi məlum olmayan ət aşkar edilib.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264