KƏND TƏSƏRRÜFATI

Unun bahalaşmasına əsas varmı? – Real mənzərə / ARAŞDIRMA
09 YANVAR
91

Unun bahalaşmasına əsas varmı? – Real mənzərə / ARAŞDIRMA

2019-01-09 10:48:00
Son günlər ölkədə buğdanın, unun bahalaşması əsas müzakirə mövzularından biridir. Bəs bahalaşma üçün nə dərəcədə real əsaslar var? 
Fins.az xəbər verir ki, BakuPost məsələ ilə bağlı qısa araşdırma aparıb. 
Beləliklə, rəsmi statistikaya nəzər salsaq, 2016-cı ildə ölkədə 2017-ci ilin məhsulu üçün 801,0 min hektar sahəyə dən üçün taxıl, o cümlədən 524,1 min hektar sahəyə buğda, 276,7 min hektar sahəyə arpa və 0,2 min hektar sahəyə digər payızlıq bitkilər səpilib.
Beləliklə, qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2917,8 min ton olub.  Rəsmi statistikada buğda istehsalı ayrıca göstərilməsə də, Kənd Təsərrüfatı Nazirliyi müxtəlif vaxtlarda 2017-ci ildə 524,1 min hektar sahədən yığılan məhsulun Azərbaycanın buğda tələbatının 58,1 faizi həcmində olduğunu açıqlayıb. İdxala gəlincə, 2017-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 943,4 min ton buğda idxal edilib. 
Картинки по запросу taxıl əkini
Картинки по запросу taxıl əkini
Əkin sahələri 2017-ci ildə artmağa davam edib və həmin il 2018-ci ilin məhsulu üçün 1034,5 min hektar sahədə şum qaldırılıb, 864,6 min hektar sahəyə dən üçün taxıl, ondan 584,1 min hektar sahəyə buğda, 280,4 min hektar sahəyə isə arpa səpilib. Yəni 2017-ci ildə 2016-ci illə müqayisədə buğda səpin sahələri 60 min hektar, yəni 10,3 faiz artıb. 2018-ci ilin 10 ayı ərzində ölkəyə 939 min ton buğda idxal olunub. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 min ton, yəni 0,4 faiz azdır. Yəni faktiki ölkəyə idxal edilən buğdanın həcmi dəyişməyib. 
Digər tərəfdən, 2018-ci ildə Azərbaycanda məhsuldarlığın azalmasına ciddi təsir göstərən təbii fəlakət, quraqlıq da qeydə alınmayıb. Ən pis halda məhsuldarlıq 1 sentnerə qədər aşağı ola bilər. Yəni buğda sahələrinin 10,3 faiz artması fonunda ölkənin özünü buğda ilə təmin etmək səviyyəsi 60 faizi ötdüyü aydındır. 
O də nəzərə alınmalıdır ki, 2018-ci ildə sahələrdə yığılan buğda 2019-cu ilin yayında məhsul yığımına qədər istehlak ediləcək
ÐŸÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изображение
ÐŸÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изображение
2017 və 2018-ci illər idxal edilən buğdanın qiymətində də ciddi dəyişiklik yoxdur. Dövlət Gömrük Komitəsinin hər iki ilin yanvar-noyabr ayları üçün idxalla bağlı həcm və qiymətlərin müqayisəsi buğdanın hər tonunda 16 manat artımın olduğunu ortaya qoyur. Bunu kiloqrama bölsək, 1,6 qəpik artım deməkdir. İdxalın da ölkənin buğda tələbatının 40 faizi həcmində olduğunu nəzərə alsaq, əslində, bunun buğda və unun qiymətinə təsirinin 1 qəpikdən də az olduğu qənaətinə gəlmək olar. Amma son günlərdəki bahalaşma bu 1 qəpiyə adekvat artım deyil. 
Belə ki, son aylarda 50 kiloqramlıq kisələrin qiymətində unun növündən asılı olaraq 2-5 manat arasında artım qeydə alınıb. Ötən ay isə 1 manat bahalaşma olub. Məsələn, bir ay öncə 27 manata olan un kisəsini indi 28.50 manata satılır. Satıcılar bildiriblər ki, 50 kiloqramlıq ”Mehriban" unu 27 manatdan 28.50 manata, "Sarı Sünbül” ununun 50 kiloqramlıq kisəsi 26 manatdan 27.50 manata qədər qalıxıb. "Karmen” unu 25.40 manatdan 27 manata qədər bahalaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256