KƏND TƏSƏRRÜFATI

Azərbaycanda 70-ə yaxın nar sortu bərpa ediləcək
09 YANVAR
587

Azərbaycanda 70-ə yaxın nar sortu bərpa ediləcək

2019-01-09 19:36:00

Azərbaycanda əvvəllər yetişdirilən nar sortları yenidən bərpa olunacaq.

Bu barədə  Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.

F.Qaraşovun sözlərinə görə, ümumiyyətlə, keçmişdə Azərbaycanda 70-yə yaxın nar sortu olub:

"Lakin illər ötdükcə bu genom azalmağa başlayıb, nar bağları məhv edilərək əvəzində xurma ağacları əkilib və yaxud baxımsızlıq ucbatından quruyub".

Sədr bildirib ki, hazırda Azərbaycanda 20-yə yaxın nar sortu var:

"Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə genomun yenidən bərpası üzərində işləyirik. Bu məsələ ilə bağlı təkliflər planı da hazırlanır. Nazirlik həmin sortların geri qaytarılması məsələsinə çox ciddi yanaşır".

Qeyd edək ki, 2017-ci ildə ölkədə 165 min ton nar istehsal olunub, ixracdan əldə edilən gəlir isə 10 milyon dollar təşkil edib. Məhsul əsasən MDB və Avropa ölkələrinə, eləcə də az miqdarda ABŞ və Avstraliyaya ixrac edilib. Bu il isə nar istehsalının 190-200 min tona çatacağı gözlənilir.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265