KƏND TƏSƏRRÜFATI

Kənd Təsərrüfatı üçün VACİB MƏSƏLƏLƏR
08 YANVAR
198

Kənd Təsərrüfatı üçün VACİB MƏSƏLƏLƏR

2019-01-08 15:36:00

Müasir texnika və avadanlıqlar torpağın becərilməsi üçün son dərəcə vacibdir.

Fins.az-a məlumat verən ekspert Nicat Nəsirli bilidirb ki, bu cür texnikalar torpağın strukturunun qorunmasına imkan verir, faydalı iş iş əmsalı böyük olduğu üçün bir gedişlə bir neçə texnoloji prosesi eyni vaxtda həyata keçirir, nəticədə, işlər optimal vaxtda başa çatır, vahid sahədən ildə 2 dəfə məhsul götürülür. Təsərrüfatlarda maya dəyərinin aşağı salınması üçün də yeganə çıxış yolu texnologiyaların tətbiqidir. 

Suvarılan torpaqlarımızın 70%-i Kür-Araz ovalığında yerləşir və ağır gilli torpaqlar qrupuna aiddir. Belə torpaqların becərilməsi, toxum yataqlarının düzgün hazırlanması, bitkilərin fizioloji proseslərinin tənzimlənməsi üçün şum, kultuvasiya, tədbirlərinin vaxtında həyata keçirilməsi əhəmiyyətlidir və məhsulda özünü göstərəcək. 

Texnikalar dünyada geniş yayılmış şumsuz əkin texnologiyasına yol açır. Bu gün artıq torpaqlarını qorumaq istəyən ölkələrdə dərin şum işləri aparılmır, səpin birbaşa kövşənlik ərazidə aparılır. Torpağın üst qatında humsla zəngin bir lay mövcuddur, bu bitkilərin inkişafı üçün vacib olan mineral qida maddələri ilə zəngin olan hissədir. Dərin şum aparılarkən torpağın əkinə yaramayan alt hissəsi yuxarı qalxır, nəticədə toxum torpağın keyfiyyətsiz hissəsində əkilir, məhsuldarlıq isə gəncəlilər demiş axırda “heş zad olur”. İri təsərrüfatlar müasir texnikaları alıb əkinə tətbiq edə bilirlər, lakin xırda ailə təsərrüfatları üçün bu texnikalar əl çatmazdır. Kiçik təsərrüfatların mexanikiləşdirilməsində çox ciddi sorunlar qalmaqdadır...

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264