KƏND TƏSƏRRÜFATI

Anar Hüseynov “Azəraqrar”a direktor təyin olunub
07 YANVAR
273

Anar Hüseynov “Azəraqrar”a direktor təyin olunub

2019-01-07 11:53:00

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Fins.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-yə direktor təyin edilib. “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr tarixli qərarı ilə yaradılıb və tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan, fəaliyyəti məqsədəuyğun hesab edilməyən və ləğv edilən 26 MMC daxildir. Anar Hüseynov “Report”a məlumatı təsdiqləyib. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası isə Vüqar Hüseynova həvalə olunub. Vüqar Hüseynov buna qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256