KƏND TƏSƏRRÜFATI

Təkrar əkin apardığı sahədən 50 ton soya götürüb
07 YANVAR
78

Təkrar əkin apardığı sahədən 50 ton soya götürüb

2019-01-07 10:20:00

Zaqatala rayonunun təsərrüfatlarında iki ildir ki, soya bitkisi əkilib becərilir.

Fins.az xəbər verir ki, 2018-ci ildə rayonun fermerləri 100 hektar soya sahəsindən 194 ton məhsul tədarük ediblər. Soya istehsalı əvvəlki illə müqayisədə 89 ton artıb. İstehsal edilən məhsulun böyük hissəsi əvvəlki ildə olduğu kimi, yenə də Muxax kənd sakini Abdulla Mahmudovun rəhbərlik etdiyi “Muxax” İstehsal Kooperativinin payına düşüb. Keçən il bu təsərrüfatda 145 ton soya istehsal olunub.

Ötənilki mövsümdə əvvəlcə 45 hektarda soya yetişdirib, 95 ton məhsul tədarük edib. Taxıl biçini başa çatdıqdan sonra sınaq üçün 50 hektarda təkrar əkin olaraq yenidən soya əkib və hər hektardan 1 ton məhsul götürməyə müvəffəq olub. Abdulla Mahmudovun sözlərinə görə, hər il ölkəmizə xaricdən min tonlarla soya bitkisi idxal olur. Dövlətimizin başçısının idxaldan asılılığın azaldılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələri nəzərə alaraq, iki ildir təsərrüfatında sınaq üçün soya bitkisi əkib becərir. Təsərrüfat rəhbəri deyib ki, soya yüksək rentabelli və qiymətli bitkidir. Heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsində, bu sahələrin yem təminatında, məhsuldarlığın artırılmasında bu bitki mühüm rol oynayır. Soya unu mal-qara üçün çox dəyərli yem hesab olunur. Bundan əlavə, soya dənindən yağ, marqarin, pendir, süd, un, qənnadı məmulatı və başqa məhsullar da alınır. Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün xammaldır. Ondan lak-boyaq sənayesində də istifadə olunur. Zaqatalalı fermer bu il yenə də 100 hektaradək sahədə soya yetişdirməyi planlaşdırır. Bundan əlavə, ötən ilin payızında təsərrüfatda cari ilin məhsulu üçün 270 hektarda taxıl səpini də aparılıb. Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256