KƏND TƏSƏRRÜFATI

Azərbaycanda belə nar sortu var - "Wonderful"... Ona tələbat niyə çoxdur?
04 YANVAR
317

Azərbaycanda belə nar sortu var - "Wonderful"... Ona tələbat niyə çoxdur?

2019-01-04 16:52:00

Azərbaycan 2019-cu ildə xarici ölkələrə nar ixracını artırmaq niyyətindədir.

Bunu  Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib. Assosiasiya sədrinin sözlərinə görə, bu meyvə hazırda MDB ölkələrinə daha çox ixrac olunur:

“Azərbaycanda yetişdirilən nar sortlarından əsasları "Gülöyşə", "Bala mürsəl", "Qırmızıqabıq" və "Viləş"dir. Bu sortlar arasında həm soyuducuda qalma, həm də zədələnməyə davamlılıq baxımından ixrac üçün ən əlverişli olanı "Viləş"dir. Dünya praktikasında bu sorta “wonderful” (gözəl) adı da verilib. Onun qabığı qalın, dənələri isə turşaşirin olduğuna görə xarici ölkələrdə bu sorta daha çox tələbat var”.

F.Qaraşov bildirib ki, nardan emal edilmiş Azərbaycan məhsulları dünyanın bir çöx ölkələrində satılır:

“Assosiasiyanın üzvləri olan "Gilan Holding", "Azərsun", "AzNar" və "AzGranata" kimi şirkətlər Avropanın bir çox ölkələrinə, o cümlədən Kanada və ABŞ-a nardan hazırlanmış məhsullar ixrac edirlər. Bu gün Azərbaycan narı Rusiya, Gürcüstan və Ukraynaya geniş şəkildə ixrac edilir. Avropaya ixrac isə aşağı səviyyədədir, ancaq 2019-cu ildə bu rəqəmləri artırmaq niyyətindəyik”.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264