KƏND TƏSƏRRÜFATI

Azyaşlılara siqaret və spirtli içki satanlar CƏRİMƏLƏNİNBLƏR
04 YANVAR
99

Azyaşlılara siqaret və spirtli içki satanlar CƏRİMƏLƏNİNBLƏR

2019-01-04 14:01:00

​Polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

​​DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Fins.az-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu məqsədlə tədbir keçirilib. Reyd nəticəsində rayon ərazisində mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

​Polis əməkdaşları tərəfindən həmin iaşə obyektlərinin satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və onlar cərimələniblər. ​​Bu istiqamətdə reydlər davam etdirilir.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257