KƏND TƏSƏRRÜFATI

Azərbaycanda bölgələrdə unun qiyməti qalxıb – VİDEO
03 YANVAR
309

Azərbaycanda bölgələrdə unun qiyməti qalxıb – VİDEO

2019-01-03 11:21:00

Son vaxtlar bölgələrdə unun qiymətində artım müşahidə olunur. 50 kiloqramlıq kisədə 2-3 manat artım var.

Banker.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bölgələrdə unun qiyməti qalxıb.

Yevlaxda alıcılar deyirlər ki, son 10-15 gündə un bahalaşıb. Onların sözlərinə görə, 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manat 50 qəpik- 2 manata yaxın artım müşahidə edilir.

Satıcılar isə qiymət artımını un firmalarının üzərinə atırlar, məhsulu baha aldıqları üçün baha satmağa məcbur olduqlarını deyirlər.

Zaqatalada da unun qiymətində 2 manata yaxın artım var. Satıcıların sözlərinə görə, qiymətlər 1 həftə əvvəl qalxıb.

Un Qubada da bahalaşıb. 50 kiloqramlıq un kisəsinin qiymətində 2 manat, bəzilərində isə 3 manata yaxın artım var.

Rayonda fəaliyyət göstərən un istehsalı müəssisələrindən də bildiriblər ki, taxıl bahalaşdığı üçün bu, unun da qiymətinə təsir edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266