KƏND TƏSƏRRÜFATI

Bu il paytaxtın istehlak bazarı 3%-dən çox artıb
27 DEKABR 2018
145

Bu il paytaxtın istehlak bazarı 3%-dən çox artıb

2018-12-27 11:05:00

Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində əhalinin tələbatlarının ödənilməsi məqsədilə istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 23 263,1 mln. manat olmaqla 2017-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,5% artıb.

Satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,9%-ni qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin eyni səviyyəsini real ifadədə 3,8% üstələyərək 22 319,8 mln. manat olub.

Bu ilin əvvəlindən hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,3% artaraq 7 697 mln. manat təşkil edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257