KƏND TƏSƏRRÜFATI

Binaların qarşısında ərzaq satanlar vergiyə cəlb olunur? AÇIQLAMA
26 DEKABR 2018
223

Binaların qarşısında ərzaq satanlar vergiyə cəlb olunur? AÇIQLAMA

2018-12-26 17:17:00

“Mən təqaüdçüyəm, yaşadığım kənddə qonşuların yetişdirdiyi müxtəlif meyvə və tərəvəzi alaraq öz avtomobilimlə Bakı şəhərinə gətirərək mağazalara satıram. Bu halda vergi ödəməliyəmmi? “ Bunu vətandaşlardan biri Vergilər Nazirliyinə soğru göndərib.

Fins.az Vergilər Nazirlinin cavabını təqdime edir:

“Kənd təsərrüfatı məhsullarının digər şəxslərdən tədarük edilərək satılması vergiyə cəlb olunur. Bu zaman tərəfinizdən alınmış kənd təsərrüfatı məhsulları vergi ödəyicilərinə (mağazalara) satılarkən həmin məhsulların dəyərini Sizə ödəyən şəxs ödənməli olan məbləğdən 2 faiz dərəcə ilə vergi tutur və qalan məbləği Sizə ödəyir. Bununla da, əldə etdiyiniz gəlirdən vergi öhdəliyi yerinə yetirilmiş olur və əlavə olaraq vergi orqanında qeydiyyata alınmaqla bəyannamə təqdim etmək öhdəliyiniz yaranmır. Əgər digər şəxslərin yetişdirdiyi meyvə və tərəvəzi satın alaraq öz avtomobilinizdən səyyar qaydada istehlakçılara (əhaliyə) sataraq gəlir əldə edirsinizsə, bu zaman Siz vergi orqanında uçota alınaraq VÖEN əldə etməli və seçiminizdən asılı olaraq, əldə etdiyiniz gəlirdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi və ya əldə olunan gəlirdən çəkdiyiniz xərclər çıxılmaqla qalan fərqdən vergidən azad olunan hissə (gəlirin 75 faizi) də çıxılmaqla 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlisiniz. Əsas: Vergi Məcəlləsi, 33.1-ci, 101.3-cü, 102.1.30-cu və 101.6-cı maddələr”

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256