KƏND TƏSƏRRÜFATI

Gürcüstan şirkəti Azərbaycana investisiya qoyacaq
25 DEKABR 2018
238

Gürcüstan şirkəti Azərbaycana investisiya qoyacaq

2018-12-25 14:30:00

Cənubi Qafqazın ən iri quşçuluq şirkətlərindən olan “Çirina” Azərbaycana investisiya qoymağı planlaşdırır.

Fins.az xəbər verir ki, bu haqda şirkətin direktoru Revaz Vaşakidze bəyanat səsləndirib.

R.Vaşakidzenin sözlərinə görə, hazırda Azərbaycanın üç şirkəti ilə danışıqlar aparılır. “Çirina”nın 2020-ci ildə Azərbaycan bazarına daxil olacağı gözlənilir.

“Çirina” şirkəti – Cənubi Qafqazın ən iri quşçuluq kompleksidir. Kompleksin fəaliyyəti tam olaraq müasir Avropa texnologiyalarına əsaslanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271