KƏND TƏSƏRRÜFATI

Qadağan olunan xeyli mal məhv edildi
25 DEKABR 2018
111

Qadağan olunan xeyli mal məhv edildi

2018-12-25 13:09:00

Bu gün Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

Prosesdə iştirak edən DGK-nın Əməliyyat İstintaq İdarəsinin rəis müavini Fikrət Ələsgərli bildirib ki, ümumilikdə, 2 929 ədəd alkoqollu və sərinləşdirici içkilər, 10 793 360 ədəd tütün və tütün məmulatı, 3 861 ədəd mobil telefonlar, 1 312 ədəd müxtəlif aksesuarlar, 58 242 ədəd istifadə müddəti birmiş dərman preparatları, 9 611 630 ədəd pirotexniki vasitələr məhv edilib.

Məhvetmə Komitənin "Azterminalkompleks" birliyinin direktoru Ehtiram Xəlilovun və media nümayəndələrinin iştirakı ilə, müvafiq ekspert rəyi və məhkəmə qərarı əsasında baş tutub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256