KƏND TƏSƏRRÜFATI

Yarım tondan çox at əti aşkarlandı
24 DEKABR 2018
151

Yarım tondan çox at əti aşkarlandı

2018-12-24 12:14:00

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində əməliyyat keçirilib.

Fins.az xəbər verir ki, dekabrın 22-də polis və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Bərdə şəhərində birgə reyd keçiriblər.

S.Novruzovanın Cavanşir küçəsindəki həyətyanı sahəsindən mənşəyi məlum olmayan və natəmiz vəziyyətdə saxlanılan, çəkisi 686 kiloqram olan at əti aşkar edilib. Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256