KƏND TƏSƏRRÜFATI

Hisə verilmiş məhsul alarkən diqqətli olun! – XƏBƏRDARLIQ
24 DEKABR 2018
171

Hisə verilmiş məhsul alarkən diqqətli olun! – XƏBƏRDARLIQ

2018-12-24 10:56:00

Bir müddət əvvəl Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, hisə verilmiş məhsulları hazırlamaq üçün istifadə olunan soba köhnə təkər qırıntılarının yanması nəticəsində işə salınır. Bu fakt hisə verilmiş balıq və digər ət məhsullarının hazırlanması qaydalarını gündəmə gətirir.

Qida mühəndisi İsa Əliyev deyir ki, balıq və digər ev quşlarının hisə verilməsi zamanı bir sıra qaydalara əməl etmək lazımdır.

Ekspert hesab edir ki, antisanitar şəraitdə hisə verilən məhsullardan istifadə insanlarda ciddi xəstəliklərin yaranmasına səbəb olur. Ona görə də belə məhsulların alınması zamanı diqqətli olmaq lazımdır.

Biz də hisə verilmiş məhsulların satıldığı yerlərdə olduq. Məlum oldu ki, satıcılar məhsulların keyfiyyət sertifikatının olmasını vacib sayırlar.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, quruma sanitar-gigiyena tələblərinə cavab verməyən, həyətyanı sahələrdə kustar üsulla balıq məhsullarının hazırlanması, xüsusi ilə balıqların hisə verilməsi kimi qanunsuz fəaliyyət göstərən istehsalat sahələri ilə bağlı məlumatlar daxil olur. Agentlik bəyan edir ki, bu şəraitdə hazirlanan məhsullar insan saglamligina ciddi fəsadlar törədə, hətta ölümlə nəticələnə biləcək hallara səbəb ola bilər. Ona görə də bu cür fəaliyyətlərin qarşısının alınması üçün qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək. Eyni zamanda, istehlakçılara hisə verilmiş balıq və digər ət məhsulları seçərkən keyfiyyət göstəricilərini əks etdirən sənədin olmasına əmin olduqdan sonra istifadə etmələri tövsiyə edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256