KƏND TƏSƏRRÜFATI

Bu il qida məhsullarının istehsalı artıb
24 DEKABR 2018
130

Bu il qida məhsullarının istehsalı artıb

2018-12-24 10:41:00

Əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 2,2 dəfə, içki istehsalında 8,3 faiz, qida məhsullarının istehsalında isə 1,0 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən Foodinfo.az -a bildirilib ki, bu sahələrin əsas məhsullarından brendi (konyak) istehsalı 3,4 dəfə, üzüm şərabının istehsalı 56,5 faiz, alkoqolsuz içkilərin istehsalı 23,2 faiz, kolbasa məmulatlarının istehsalı 5,3 faiz, cem və marmeladların istehsalı 2,0 faiz artıb, qənd və şəkər tozu istehsalı 7,7 faiz, duru bitki yağlarının istehsalı isə 9,7 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264